“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

BSU-nun Məzun Günü tədbiri keçirilib

News Image

BSU-nun Məzun Günü tədbiri keçirilib


İyunun 30-da Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2025/2026-cı il buraxılış ilinin tələbələri və magistrantları üçün Məzun Günü tədbiri keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, ETİHİ-nin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, millət vəkilləri, media nümayəndələri, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində universitetin fakültələrinin bayraqlarının təqdimatı keçirilib, "Ən yüksək orta müvəffəqiyyət göstəriciləri", "İlin tələbəsi", "Ən yaxşı müəllim" nominasiyaları üzrə fərqlənən məzunlara və müəllimlərə mükafatlar təqdim edilib. Tədbirdə həmçinin universitetin məzunlarının ifasında BSU-nun Himni səsləndirilib.

Məzun Gününün rəsmi hissəsi məzunların ənənəvi paradı və papaqatma mərasimi ilə başa çatıb. Tədbir konsert proqramı ilə davam edib.

Bakı Slavyan Universitetinin HİK üzvləri "Təhsil” istirahət mərkəzində ittifaq üzvləri üçün yaradılan xoş və rahat istirahət şəraitindən məmnunluq bildiriblər.

News Image

Bakı Slavyan Universitetinin HİK üzvləri "Təhsil” istirahət mərkəzində ittifaq üzvləri üçün yaradılan xoş və rahat istirahət şəraitindən məmnunluq bildiriblər.

Bakı Slavyan Universitetinin HİK üzvləri Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi (e-ahik.az) vasitəsilə yollayış əldə edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının "Təhsil" İstirahət Mərkəzində istirahətlərini uğurla təşkil ediblər.

İttifaq üzvlərimiz və onların ailə üzvləri göstərilən diqqət və qayğıya, yaradılmış rahat şəraitə, eləcə də təqdim olunan xidmətlərin keyfiyyətinə görə məmnunluqlarını ifadə edərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliklərinə, Bakı Slavyan Universitetinin rektoruna minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, eyni vaxtda 800-ə yaxın insanın istirahət etdiyi bu mərkəzdə cari ilin yay mövsümündə artıq 3000-ə yaxın təhsil işçisi və onların ailə üzvləri yollayışlardan yararlanaraq istirahət edib.

BSU kollektivi və tələbələri Zəfər Parkını ziyarət ediblər

News Image

BSU kollektivi və tələbələri Zəfər Parkını ziyarət ediblər


Sentyabrın 27-də Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Anım Günü ilə əlaqədar Zəfər Parkını ziyarət ediblər. Ziyarət çərçivəsində 8 Noyabr – Zəfər Gününün rəmzi olan memorial abidənin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

BSU kollektivi Vətən uğrunda şəhid olan qəhrəmanların müqəddəs xatirəsinə hörmət və ehtiramını ifadə edib.

BSU-nun rektoru Anar Nağıyev “GreenMetric 2026” çərçivəsində panel müzakirəsində iştirak edib

News Image

BSU-nun rektoru Anar Nağıyev “GreenMetric 2026” çərçivəsində panel müzakirəsində iştirak edib


Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində təşkil olunan panel müzakirəsində iştirak edib.

Sentyabrın 24-də keçirilən tədbirin ikinci günündə dayanıqlı inkişaf, ali təhsildə sosial məsuliyyət, inklüzivlik, ekoloji yanaşmalar və universitetlərin gələcək transformasiyası ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Tədbir çərçivəsində keçirilən “Davamlılıq neytral deyil: Sosial ədalətin, inklüzivliyin və etikanın kampusun transformasiyasına inteqrasiyası” adlı panel müzakirəsində BSU-nun rektoru Anar Nağıyev də çıxış edib.

Panel müzakirəsində sosial ədalətin və inklüzivliyin ali təhsil mühitinə inteqrasiyası, etik prinsiplərin universitet idarəçiliyində rolu, kampusların transformasiyası və dayanıqlı inkişafın sosial ölçüləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində keçirilən tədbir ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsində fəaliyyətinin təşviqi, beynəlxalq təcrübənin bölüşdürülməsi və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Tədbirdə yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak ediblər.

BSU UI GreenMetric 2026 beynəlxalq reytinqində mövqeyini yüksəldib

News Image

BSU UI GreenMetric 2026 beynəlxalq reytinqində mövqeyini yüksəldib

BSU UI GreenMetric 2026 beynəlxalq reytinqində mövqeyini yüksəldib


BSU Azərbaycan universitetləri arasında 7-ci pillədə qərarlaşıb. Universitet ötənilki 10-cu pillə ilə müqayisədə 3 pillə irəliləyib.

Dünya üzrə sıralamada isə BSU 2025-ci ildəki 931-ci yerdən 2026-cı ildə 527-ci pillədə qərarlaşıb.

BSU-nun şəhid məzunu Cavid Mirzəyevin xatirəsi yad edilib

News Image

BSU-nun şəhid məzunu Cavid Mirzəyevin xatirəsi yad edilib

BSU-nun şəhid məzunu Cavid Mirzəyevin xatirəsi yad edilib

Sentyabrın 21-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və universitetin professor-müəllim heyəti Sumqayıt Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət çərçivəsində BSU-nun Tərcümə fakültəsinin məzunu, Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cavid Mirzəyevin məzarı ziyarət olunub.

Universitet nümayəndələri şəhid məzunun məzarı önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Cavid Mirzəyevin ailə üzvləri ilə görüş keçirilib, şəhid məzunun keçdiyi həyat və döyüş yolu, onun vətən qarşısında göstərdiyi fədakarlıq və qəhrəmanlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Cavid Mirzəyev 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

BSU-da Dövlət Suverenliyi Gününə həsr olunan dəyirmi masa keçirilib

News Image

BSU-da Dövlət Suverenliyi Gününə həsr olunan dəyirmi masa keçirilib

BSU-da Dövlət Suverenliyi Gününə həsr olunan dəyirmi masa keçirilib

Sentyabr 18-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra universitetin şəhid məzun və əməkdaşlarının xatirəsinə həsr olunan guşəyə baxış keçirilib.

BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir

News Image

BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir

BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir


7–13 sentyabr tarixlərini əhatə edən yay məktəbində İtaliya, Polşa, Bolqarıstan, Qazaxıstan və Özbəkistan olmaqla, 5 ölkəni təmsil edən ümumilikdə 17 nəfər – müəllim, tələbə və şagird iştirak edir.

Beynəlxalq Yay Məktəbi iştirakçılara Azərbaycanın zəngin ədəbi irsi, tarixi və mədəni ənənələri, milli kimliyi və müasir sosial-mədəni mühiti ilə yaxından tanış olmaq imkanı yaradır.

Yay məktəbinin proqramı:

Azərbaycan tarixi və ədəbiyyatı üzrə mühazirələr;

Qarabağ Zəfəri və yaranmış yeni geosiyasi reallıqlar mövzusunda mühazirələr;

Azərbaycanda gənclər siyasəti mövzusunda maarifləndirici görüşlər;

Bakı şəhərinin memarlıq və tarixi məkanlarına ekskursiyalar;

Mədəniyyət və incəsənət mövzusunda seminarlar;

Ustad dərsləri və interaktiv sessiyalar;

Yaradıcılıq və mədəni tədbirlər;

Azərbaycan milli mətbəxi və ənənələri ilə tanışlıq.

Proqramın işçi dili ingilis dilidir.

Yay məktəbinin əsas məqsədi beynəlxalq tələbələrə Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında əhatəli biliklər qazandırmaq, Azərbaycan dilinin və mədəni irsinin praktiki şəkildə mənimsənilməsinə şərait yaratmaq, eyni zamanda multikultural mühitdə akademik və sosial ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.

BSU-da Elmi Şurada yubiley yaşı tamam olan universitetin professor-müəllim heyətinin üzvləri təbrik edilib.

News Image

BSU-da Elmi Şurada yubiley yaşı tamam olan universitetin professor-müəllim heyətinin üzvləri təbrik edilib.

BSU-da Elmi Şuranın növbəti iclası keçirilib


İyulun 10-da Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.

İclasın gündəliyinə uyğun olaraq universitetin 2025–2026-cı tədris ilinin yaz semestri üzrə imtahan sessiyasının nəticələri müzakirə edilib, tədris prosesinin keyfiyyət göstəriciləri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Daha sonra BSU-nun Strateji İnkişaf Planı (BSU-2030) çərçivəsində 2026-cı il üzrə aralıq monitorinq hesabatı və 2025–2026-cı tədris ilində fakültələrin fəaliyyətinə dair hesabatlar təqdim olunub, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə edilib.

İclasda həmçinin Elmi Şuranın və Elmi-Metodiki Şuranın 2025–2026-cı tədris ili üzrə fəaliyyət planlarının icra vəziyyəti nəzərdən keçirilib.

Həmçinin iclas zamanı yubiley yaşı tamam olan universitetin professor-müəllim heyətinin üzvləri təbrik edilib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış tədbirində iştirak edib.

News Image

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış tədbirində iştirak edib.

İyulun 17-də Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış tədbirində iştirak edib.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.