“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatı olan Bakı Slavyan Universitetinin Həmkarlar İttifaqı Komitəsi universitetdə əməkdaşların sosial rifahının yüksəldilməsində, nizam-intizamın daha da möhkəmləndirilməsində, onların asudə vaxtlarının səmərəli keçirilməsində, mədəni-kütləvi tədbirlərin təşkilində mühüm rol oynayan, ittifaq üzvlərinin sosial iqtisadi, əmək hüquqlarını, qanuni mənafelərini qoruyan, onların həyat və əmək şəraitini yaxşılaşdırmaq məqsədi daşıyan ictimai təşkilatdır. Universitetdə Həmkarlar İttifaqı Komitəsinin yaranması daha əvvələ 1946-cı ildə Mirzə Fətəli Axundov adına Müəllimlər İnstitutunun yarandığı ilə təsadüf edir. 


BSU HİK universitetin 800 nəfərdən çox professor və müəllim heyətini, texniki işçilərini öz sıralarında birləşdirir. Həmkarlar İttifaqı Komitəsinin nəzdində 6 daimi komissiya fəaliyyət göstərir:

-         Təşkilati-kütləvi iş üzrə komissiya

-         Əmək və sosial müdafiə komissiyası

-         İnzibati təsərrüfat işləri üzrə komissiya

-         Mədəni-kütləvi və idman işləri üzrə komissiya

-         Əməyin mühafizəsi komissiyası

-         Təftiş komissiyası.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bakı Slavyan Universitetinin Həmkarlar İttifaqı Komitəsi ittifaq üzvlərinin yubiley mərasimlərini, sanatoriya və istirahət mərkəzlərinə yollayışları, müxtəlif idman yarışlarını, ölkəmizin görməli yerlərinə, və tarixi məkanlara ekskursiyaları, sosial-mədəni layihələri təşkil edir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Bakı Slavyan Universitetinin Həmkarlar İttifaqı Komitəsi 5 fakültə, 23 kafedra, 4 mərkəz, 18 şöbə, 1 klub, 2 laboratoriyadan ibarət ilk həmkarlar İttifaqı təşkilatını özündə birləşdirir.

Bakı Slavyan Universiteti Universiteti Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri: