Rəhbərlik

Sədr
İsmayılov Əli Rauf oğlu
1990: anadan olmuşdur.
Təhsil
1997-2008: Bakı şəhəri Nizami rayonunda yerləşən 227 nömrəli ümumtəhsil məktəbində tam orta təhsil almışdır.
2008-2012: Bakı Slavyan Universitetinə bakalavr səviyyəsində filologiya ixtisası üzrə qəbul olmuş və 2012-ci ildə fəxri məzun olaraq bitirmişdir.
Bundan əlavə, Bakı Slavyan Universitetində “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə magistratura səviyyəsini yüksək göstəricilərlə tamamlamışdır.
Karyera
2012-2018: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ordu sıralarında, həmçinin Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir.
2018-2022: Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Gənclərin Çağırışaqədərki Hazırlıq rəhbəri, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsində mütəxəssis, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil İşçilərinin qiymətləndirilməsi şöbəsində aparıcı mütəxəssis, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası kafedrasında müəllim vəzifələrində çalışmışdır.
Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun bir sıra layihələrində təlimçi olaraq iştirak etmişdir.
2022-ci ildən: Bakı Slavyan Universitetində müxtəlif vaxtlarda Magistrantlar Şurasının sədri, Tələbələrlə iş şöbəsinin müdiri, Təcrübənin təşkili və əlavə təhsil şöbəsinin müdiri və Təcrübə rəhbəri vəzifələrində çalışmışdır.
2024: ittifaq üzvləri və rəyasət heyətinin iştirakı ilə keçirilən seçkinin nəticəsinə əsasən Bakı Slavyan Universitetində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Hal-hazırda Bakı Slavyan Universitetində Həmkarlar İttifaqı Komitəsinin sədri və Pedaqogika və psixologiya kafedrasında müəllim vəzifəsində çalışır.
Xarici dillər
Rus,
İngilis.
Ailəlidir, 1 övladı var.


